Buna çayı
Buna (alb. Buna,Bune və ya Boyana) — Balkan yarımadasının qərbində, Albaniya və Monteneqro ərazisindən keçərək Adriatik dənizinə tökülən çay.
Çay Şkoder şəhəri yaxınlığındakı Şkoder gölündən çıxır və delta əmələ gətirərək Adriatik dənizinə tökülür. Çayın uzunluğu təxminən 40 kilometr, orta su axını 682 m³/s (2006-cı ilin illik məlumatlarına görə), Şkoder gölü və Drin çayı ilə birlikdə drenaj hövzəsinin sahəsi təxminən 20 min km²-dir ( 20,361 km², 18,884 km²), ayrıca - 361,04 km².
Moraca çayının mənbəyindən hesablanmış uzunluğu 185 km, Moraca-Şkoder-Buna su sistemi üçün alt hövzə sahəsi isə 5190 km² (5187 km²) təşkil edir.
Qısa müddət ərzində Buna çayı, Drin çayının şimal (əsas) qolu ilə birləşir. 1858—1859-cu ilin qışında güclü daşqın nəticəsində Drin çayının suyu daşaraq, şimal-qərbə,
Şkoder gölünə doğru axsa da, lakin gölə çatmayıb və Buna çayına birləşib. Çay Albaniya ərazisindən keçdikdən sonra sərhəd çayına çevrilir.
Çayın ağzı iki qola ayrılır: Ada — Boyana (Vada) adası hansında ki,turizm mərkəzi yerləşir. Çayda həmçinin başqa adalar da var.